İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İraqda səfərdədir.
“İraq Respublikasına səfərimiz çərçivəsində bu ölkənin hökumət nümayəndələri ilə görüşlər keçirəcək və ikitərəfli iqtisadi əlaqələrə dair məsələləri müzakirə edəcəyik”, - deyə nazir “X” hesabında yazıb.
İqtisadiyyat Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf prioritetləri də müzakirə olunacaq.*
N.Abbasova