2024-cü ilin yanvar ayında Azərbaycandan İtaliyaya Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə nəql olunan qazın həcmi 878 milyon kubmetr təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 3,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən məlumat verilib.
2023-cü ildə İtaliya TAP vasitəsilə Azərbaycandan 10 milyard kubmetrə yaxın qaz (-3,2%) alıb.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən təbii qazın Avropaya nəqlini nəzərdə tutur.
Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) məlumatına görə, 2023-cü ildə İtaliya Azərbaycandan təxminən 5 milyard avro dəyərində qaz idxal edib.*
R.Kərimov