Azərbaycan terror aktivliyi səviyyəsinin ən aşağı olduğu ölkələr qrupuna daxildir. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə İqtisadiyyat və Sülh İnstitutunun (Sidney) dərc etdiyi “Global Terrorism Index 2024” hesabatında öz əksini tapıb.
Dünya ölkələrinin terror təhlükəsinə görə reytinqində Azərbaycan və Gürcüstan 89-cu, Ermənistan və Özbəkistan 76-cı pilləni bölüşür, Türkiyə 29-cu, İran isə 26-cı pillədədir.
İlk üçlüyə Burkina-Faso, İsrail və Mali daxildir.
“Global Terrorism Index” dünya ölkələrində terror aktivliyinin səviyyəsini terror hadisələri, həlak olanlar və xəsarət alanların sayı, maddi ziyanın səviyyəsi və digər göstəricilər üzrə ölçən kompleks araşdırmadır.*
R.Kərimov