Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Azərbaycan liderinin mətbuat xidmətindən verilən məlumata görə, Əliyev Putini prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Putin göstərilən diqqətə və təbrikə görə Əliyevə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.*
R.Kərimov