İsrailin xarici işlər naziri İsrael Katz İsrail Müdafiə Qüvvələrinin Qəzzanın cənubundakı Rəfah şəhərində əməliyyatından əvvəl mülki əhalinin şəhərin qərbinə təxliyə olunacağını bildirib.
“Rəfahda əməliyyatdan əvvəl dinc sakinləri qərbdəki zonaya təxliyə edəcəyik”, - deyə “The Times of Israel” nəşri nazirə istinadla bilidirir.
Nəşr qeyd edir ki, Katzın dəniz sahilində yerləşən Əl-Məvasi bölgəsini nəzərdə tutduğu ehtimal edilir. Daha əvvəl İsrail hakimiyyəti bu ərazinin təhlükəsiz olduğunu bildirmiş və anklav sakinlərinin bir hissəsini ora təxliyə olunmağa çağırmışdı.
“Ərəb ölkələri humanitar yardım çərçivəsində çadırların qurulmasına kömək edə və digər işlərlə məşğul ola bilərlər”, - deyə nazir qeyd edib.*