İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf İraqın baş nazirinin müavini, neft naziri Hayan Əbdülğani ilə görüşdə Bakı ilə Bağdad arasında enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
“İraqa səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin baş nazirinin müavini, neft naziri Hayan Əbdülğani ilə görüşdük. Yaşıl enerjiyə keçiddə ölkəmizin hədəfləri, SOCAR-ın bu istiqamətdə tərəfdaşlarla birgə icra etdiyi layihələr və enerji məsələləri üzrə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq”, - deyə M.Cabbarov “X” hesabında yazıb.*
R.Kərimov