NATO-nun baş katibi Yens Stoltenberq bu gün Bakıdan Tbilisiyə səfərə gedib. Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Səfər çərçivəsində Y.Stoltenberq Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşəcək və mətbuata bəyanatla çıxış edəcək”, - deyə məlumatda bildirilir.
Bundan başqa, NATO-nun baş katibinin Gürcüstan Prezidenti Salome Zurabişvili ilə də görüşü planlaşdırılır. Stoltenberq Tbilisdən İrəvana yola düşəcək.*