Martın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və perspektivləri, regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri müzakirə olunub.
“Bayramov Azərbaycanın sülh prosesində gözləntiləri, proses çərçivəsində açıq qalan məsələlər üzrə Bakının mövqeyini diqqətə çatdırıb. Nazir Azərbaycanın sülh prosesinə sadiqliyini təsdiq edib”, - deyə XİN-dən bildirilib.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.*
R.Əhmədov