2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 4 milyon 595 min 490,11 ton neft ixrac edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 11,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $2 milyard 826 milyon 58,64 min dəyərində (azalma 13,1%) neft ixrac edilib.
2024-cü ilin yanvar-fevral aylarında ixracın ümumi strukturunda neftin payı 59,12% (2023-cü ilin müvafiq dövründə 71,91% - İF) təşkil edib.
Hesabat dövründə 16 ölkə Azərbaycan neftinin alıcısı olub. Fevralda Rumıniya, Çexiya, Polşa, Fransa, Almaniya və Xorvatiya da alıcıların siyahısına daxil olub.
DGK-nın məlumatına görə, yanvar-fevral aylarında İtaliya ənənəvi olaraq Azərbaycan neftinin əsas alıcısı olub, “qara qızıl” ixracının 35,4%-i bu ölkənin payına düşüb. İlk üçlükdə İsrail və Hindistan da yer alıb.
2024-cü ilin yanvar-fevral aylarında alıcı ölkələr üzrə neft ixracının strukturu aşağıdakı kimidir:
Ölkələr |
Həcm (ton): |
Gəlir, min ABŞ dolları |
İtaliya |
1 628532,35 |
1 032904,36 |
İsrail |
884322,85 |
527533,57 |
Hindistan |
574400,33 |
359981,90 |
Tailand |
327013,52 |
203153,46 |
Portuqaliya |
170137,97 |
104135,42 |
Rumıniya |
165537,88 |
92295,63 |
Çexiya |
141342,57 |
82418,33 |
Tunis |
130 227,89 |
77 525,79 |
Polşa |
90150,50 |
57363,56 |
Fransa |
89712,83 |
57085,07 |
İndoneziya |
86 721,65 |
52551,84 |
Almaniya |
82611,02 |
52283,35 |
Xorvatiya |
79271,50 |
50441,15 |
İspaniya |
76 534,64 |
39 881,49 |
Türkiyə |
68079,42 |
36069,64 |
Özbəkistan |
893,20 |
434,09 |
Cəmi |
4595490,11 |
2826058,64 |
N.Abbasova*