Rusiyada seçki bülletenlərinin 100%-i hesablandıqdan sonra Vladimir Putin 87,28% səslə prezident seçkilərində qalib gəlir. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
İkinci yerdə 4,31% səs toplayan Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası), üçüncü yerdə 3,85% səslə “Yeni İnsanlar” partiyasının üzvü Vladislav Davankov, dördüncü yerdə isə 3,2% səslə Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Leonid Slutski qərarlaşıb.*