İqtisadiyyat naziri Mikayıl Cabbarov İraqa səfəri çərçivəsində bu ölkənin ticarət naziri Ater Davud Əl-Ğureyri (Atheer Al-Ghurairy) ilə görüşüb.
“İraqa səfərimiz çərçivəsində bu ölkənin ticarət naziri Ater Davud Əl-Ğureyri ilə ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın gücləndirilməsi, infrastruktur layihələri üzrə birgə fəaliyyət və Azərbaycan-İraq biznes forumunun keçirilməsi ilə bağlı məsələləri nəzərdən keçirdik”, - deyə nazir “X” hesabında yazıb.
Onun sözlərinə görə, iraqlı iş adamları Azərbaycandakı biznes və ixrac imkanlarını dəyərləndirmək məqsədilə ölkəmizə səfərə dəvət edilib.*
B.Rüstəmbəyov