İsrail hərbçiləri Qəzza şəhərindəki “Əş-Şifa” xəstəxanasının ərazisində gizlənən 20-yə yaxın HƏMAS yaraqlısını məhv ediblər. Bu barədə İsrailin müdafiə naziri Yoav Qallant deyib.
O qeyd edib ki, İsrail Müdafiə Ordusunun bu gün səhər xəstəxana ərazisində keçirdiyi əməliyyat nəticəsində onlarla şübhəli saxlanılıb.
Qallant bildirib ki, “Əş-Şifa” xəstəxanasında keçirilən əməliyyat HƏMAS üzərində qələbəyə doğru daha bir addım oldu.
İsrail sözügedən xəstəxanada əməliyyata başladıqdan sonra yaranmış vəziyyətdən narahatlığını bildirən Ümumdünya Səhiyyə Təşkilatı bunun səhiyyə işçiləri, pasiyentlər və mülki şəxslər üçün təhlükə yaratdığını vurğulayıb.*