NATO Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçi deyil, lakin bu ölkələr arasında davamlı sülhü dəstəkləyir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq AzTV-yə müsahibəsində deyib.
“Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülh çox vacibdir. Dünənki görüşümüz zamanı prezident (Azərbaycan – İF) qeyd etdi ki, Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır və mən bunu tamamilə dəstəkləyirəm”, - deyə o bildirib.
Baş katib əlavə edib ki, sülhün bərqərar olması bölgənin iqtisadi inkişafına töhfə verəcək.
“NATO aparılan danışıqlarda (Azərbaycanla Ermənistan arasında – İF) vasitəçi deyil, lakin uzunmüddətli sülhü dəstəkləyir, çünki bu, həm regional, həm də beynəlxalq təhlükəsizlik və sabitlik üçün çox vacibdir. Və bu sülh gələcək firavanlıq üçün bir zərurətdir, sülh şəraiti iqtisadi inkişafı asanlaşdıracaq”, - deyə Stoltenberq vurğulayıb.*
N.Abbasova