Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesi praktiki mərhələyə qədəm qoyur, İrəvanın siyasəti yeni müharibənin başlanmasına yol verməməkdir. Bunu Ermənistnın baş naziri Nikol Paşinyan deyib.
“Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur. Bu proses o deməkdir ki, biz Ermənistan sərhədinin haradan keçdiyini dəqiqləşdirməliyik. Biz, komissiyalarımız (delimitasiya və demarkasiya üzrə - İF) gərək yerində Ermənistan Respublikasının harada başladığını müəyyən edək və orada dövlət sərhədi olsun", - deyə o bildirib.
Paşinyanın sözlərinə görə, demarkasiya və delimitasiya prosesinin Tavuş vilayətinin Baqanis kəndindən Berkaber kəndinə qədər olan ərazidə başlaması üçün real imkan var.
“Bildiyiniz kimi, Azərbaycan dörd qeyri-anklav kəndin qaytarılmasını (Azərbaycanın nəzarətinə qaytarılmalıdır – İF) tələb edir. (...) Bu səbəbdən bu ərazidə Ermənistan sərhədinin dəqiqləşdirilməsinə qərar verdik”, – deyə Ermənistanın baş naziri bildirib.*