Martın 18-nə olan vəziyyətə görə Azərbaycandan Rusiyaya 25,3 milyon ədəd ərzaq yumurtası tədarük edilib.
“İnterfaks-Azərbaycan” agentliyi Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir ki, martın 11-dən 17-dək “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya sonrakı satış üçün 5,2 milyon ədəd ərzaq yumurtasının növbəti partiyası gətirilib.
Azərbaycan Rusiyaya yumurta ixracına 2023-cü il dekabrın 19-da başlayıb.**
R.Əhmədov