2024-cü ilin yanvar ayında Azərbaycana kondisioner idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 39,3% - 4,363 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $1 milyon 156 min məbləğində qiymətləndirilir, bu da 2023-cü ilin yanvar ayının göstəricisinə uyğundur.
Yanvarda Azərbaycana $8 milyon 571,5 min dəyərində (azalma 19,9%) 42,518 min ədəd (artım 20,5%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 39,9% - 19,827 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $4 milyon 730,1 min (artım 65,3%) təşkil edir.
Yanvarda soyuducu idxalı 4,2 dəfə artaraq 4 425 min ədəd, dəyəri $1 milyon 461 min (artım 3,3 dəfə) təşkil edib.**
B.Rüstəmbəyov