“Kapital Bank” ASC $35 milyonluq istiqraz yerləşdirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan məlumat verilib.
İstiqrazların emissiya prospektinə əsasən, hər birinin nominal dəyəri $100 olan 350 min ədəd istiqraza bölünüb.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 7%, istiqrazların tədəvül müddəti - 7 ildir, kupon ödənişi - hər 90 gündən birdir.
“Kapital Bank” istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaiti bank əməliyyatlarının genişləndirilməsinə yönəldəcək.
“Kapital Bank” Azərbaycanda ən qədim bankdır və hazırda aktivlərin həcminə görə ölkənin ilk 3 bankından biridir. **
R.Əhmədov