Ermənistan NATO ilə siyasi dialoqun və onun ayrı-ayrı üzvləri ilə tərəfdaşlığın inkişafında maraqlıdır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
"Səfəriniz Ermənistan ilə NATO əməkdaşlığı, regional və beynəlxalq sabitlik, təhlükəsizlik problemləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir. Biz NATO ilə mövcud siyasi dialoqu inkişaf etdirməkdə və həm NATO, həm də ayrı-ayrı üzv ölkələrlə tərəfdaşlığı genişləndirməkdə maraqlıyıq", - Paşinyan çərşənbə axşamı İrəvanda NATO-nun baş katibi Yens Stoltenberqlə aparılan danışıqların nəticələrinə dair brifinqdə bildirib.
O, ümidvardır ki, tezliklə Ermənistan ilə NATO arasında yeni əməkdaşlıq formatı - fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı təsdiq ediləcək.
«Bölgəmizdə baş vermiş hadisələr fonunda Ermənistan üçün müqavimət səviyyəsini möhkəmləndirmək və müvafiq müdafiə potensialını inkişaf etdirmək son dərəcə vacibdir», - Paşinyan bildirib. **