2024-cü ilin yanvar ayında Azərbaycan Avropa İttifaqına (Aİ) boru kəməri qazının dördüncü ixracatçısı olub.
“İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumatına istinadən xəbər verir ki,yanvarda Aİ-yə ixracatçıların TOP-5-nə daxil olub: Norveç – 2 milyard avro məbləğində (-15,5%) 95,8 min teracoul (ildən ilə +13%), Əlcəzair - 865,3 milyon avro məbləğində (-37,2%) 78,9 min teracoul (+1,3%), Rusiya – 545,5 milyon avrp məbləğində (аzalma 2,5 dəfə) 47,7 min teracoul (-9,3%), Azərbaycan – 392,9 milyon avro məbləğində (аzalma 2,6 dəfə) 43 min teracoul (+9,4%) və Böyük Britaniya – 208,3 milyon avro məbləğində (azalma 7,9 dəfə) 19 min teracoul (аzalma 3,5 dəfə).
Avrostatın məlumatına görə, 2023-cü ildə Aİ ölkələri - İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan 9,3 milyon ton (ildən ilə + 2,5%) rekord həcmdə - təxminən 492,9 min teracoul təbii qaz idxal ediblər. Hesabat dövründə Roma, Afina və Sofiya bu məqsədlər üçün təxminən 6,2 milyard avro (ildən ilə azalma 2,5 dəfə) yönəldiblər.
2023-cü ilin yekunları üzrə Azərbaycan Aİ-yə boru kəməri qazı ixrac edən ölkələr arasında Əlcəzair, Norveç, Britaniya və Rusiyadan sonra beşinci olub. **
R.Kərimov