Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərin nizamlanması prosesində NATO-nun köməyini gözlədiyini bəyan edib.
«Biz beynəlxalq ictimaiyyətin, o cümlədən NATO-nun Ermənistanla Azərbaycan arasında tanınmış və qarşılıqlı razılaşdırılmış prinsiplər əsasında sülh prosesinə sarslmaz köməyini, həmçinin məcburiyyət və təhdid siyasətinin birmənalı rədd edilməsini gözləyirik», - Paşinyan çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqların yekunlarına dair brifinqdə bildirib.
O, həmçinin İrəvanın Türkiyə ilə münasibətlərin nizamlanmasının gündəliyinə sadiq olduğunu qeyd edib. «Hesab edirik ki, 2022-ci ildə Türkiyə ilə əldə edilmiş razılaşmaların icrası Cənubi Qafqazda sabitliyin qurulmasına müsbət təsir göstərə bilər», - Paşinyan deyib. **