Fələstinin yeni baş naziri Məhəmməd Mustafa Fələstin Milli Administrasiyasında (FMA) islahatlar həyata keçirmək, Qəzza zolağında bərpa işlərinə başlamaq niyyətində olduğunu bəyan edib. Bu barədə “Associated Press” (AP) baş nazirin ofisinin bəyanatına istinadən xəbər verir.
Baş nazir həmçinin FMA institutlarında geniş miqyaslı islahatlar aparmağı, korrupsiyaya dözümsüzlüyünü, bütün Fələstin ərazilərinin birləşdirilməsini vəd edib. Bundan əlavə, o, Qəzza zolağının bərpası ilə məşğul olacaq müstəqil agentlik yaratmağı və vəsait cəlb etməyə imkan verəcək məqsədli fondu yaratmağı planlaşdırır.
Mustafa FMA-nın prezident və parlament seçkiləri keçirmək planlarına toxunub, lakin onların mümkün tarixini dəqiqləşdirməyib. O izah edib ki, bu perspektivlər Qəzza zolağında, İordan çayının Qərb sahilində, Şərqi Qüdsdə baş verən hadisələrdən asılı olacaq. **