Gürcüstan 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan 524,1 milyon kubmetr qaz idxal edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Gürcüstan Milli Statistika Xidmətinə istinadən xəbər verir.
Statistik məlumatlara görə, hesabat dövründə Azərbaycandan Gürcüstana təxminən $62,6 milyon dəyərində qaz (ildən ilə azalma 41,7%) idxal edilib.
2023-cü ildə Gürcüstan Azərbaycandan təxminən $313,5 milyon dəyərində (azalma 9,2%) 2,5 milyard kubmetrə yaxın qaz (1,8 milyon ton, azalma 4%) idxal edib.**
R.Kərimov