Rusiya prezidenti Vladimir Putin xüsusi xidmət orqanlarına antiterror fəaliyyəti gücləndirməyi tapşırıb.
"FTX-dən digər xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları ilə birgə Milli Antiterror Komitəsinin koordinasiyası ilə bütün istiqamətlər üzrə antiterror fəaliyyəti ciddi şəkildə gücləndirməsini xahiş edirəm. Arsenalında geniş informasiya, texniki, maliyyə imkanları olan güclü, təhlükəli rəqiblə mübarizə apardığımızı anlayırıq", - Putin çərşənbə axşamı FTX-nin geniş kollegiya iclasında bildirib.
«Biz onların bütün istiqamətlər üzrə imkanları barədə məlumatlıyıq, buna, o cümlədən kəşfiyyat fəaliyyəti üsulları, həm də terror üsulları daxildir», - prezident əlavə edib və «Şimal axını» qaz kəmərinin partladılmasını misal çəkib. **