2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 167 ölkəsindən 341 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46,7% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gələnlərin 26,8%-i Rusiya Federasiyası, 19,9%-i Türkiyə, 9,8%-i İran, 6,9%-i Hindistan, 4,8%-i Gürcüstan, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,7%-i BƏƏ, 2,7%-i Qazaxıstan, 2,7%-i Pakistan, 2,1%-i Küveyt, 1,8%-i Özbəkistan, 1,5%-i Türkmənistan, hər biri 1,3% olmaqla Oman və Ukrayna, 1,1%-i Belarus, 11,2%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 73,9%-ni kişilər, 26,1%-ni qadınlar təşkil edib.
2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə Fars körfəzi ölkələrində Azərbaycana turist axını 1,7 dəfə - 68,9 min nəfərə qədər, Aİ-yə üzv ölkələrdən – 1,6 dəfə 11,1 min nəfərə qədər, MDB ölkələrindən 31,4% - 122,8 min nəfərədək artıb.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,6%-i hava, 31%-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.
Xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36% artaraq 296,5 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 30,6%, Gürcüstana gedənlərin sayı 32,2%, Türkiyəyə gedənlərin sayı 30,1%, İrana gedənlərin sayı 38,5% artıb.
Ölkə vətəndaşlarının 37,9%-i Türkiyəyə, 21,9%-i Rusiya Federasiyasına, 9,7%-i Gürcüstana, 8,5%-i İrana, 22%-i digər ölkələrə səfər edib.
Gedənlərin 68,2%-ni kişilər, 31,8%-ni qadınlar təşkil edib.
Yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,7%-i hava, 30%-i dəmir yolu və avtomobil, 2,3%-i isə dəniz nəqliyyatından istifadə edib.
Xəbər verildiyi kimi, 2023-cü ildə Azərbaycan Respublikasına dünyanın 187 ölkəsindən 2 milyon 85,8 min və ya 2022-ci illə müqayisədə 30,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2023-cü ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 25,5% artaraq 1 milyon 868,7 min nəfər olub.**
X.Nəsirzadə