Azərbaycan Baş Prokurorluğu ilə Rusiya İstintaq Komitəsi arasında “2024-2026-cı illər üçün Əməkdaşlıq Proqramı” imzalanıb. Bu barədə Baş Prokurorluq xəbər verir.
Sənədi çərşənbə axşamı Bakıda Baş prokuror Kamran Əliyevvə Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin imzalayıblar.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb. **
B.Rüstəmbəyov