Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin yanvar ayında Azərbaycandan 1 milyon tona yaxın neft idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Hesabat dövründə Aİ ölkələrinin Azərbaycandan aldığı neftin dəyəri 595,6 milyon avro (azalma 44,8%) təşkil edib.
Yanvar ayında Azərbaycandan neft idxal edən Aİ ölkələrinin ilk üçlüyünə İtaliya (338,1 milyon avro dəyərində (-39,1%) 579,5 min ton (-34,8%), Çexiya (120,6 milyon avro dəyərində (-6,5%) 207,7 min ton (+2%) və Portuqaliya (82,7 milyon avro dəyərində (+7,3%) 138,3 min ton (+9,7%) daxil olub.
Avrostatın məlumatına görə, Aİ ölkələri 2023-cü ildə Azərbaycandan təxminən 12,4 milyard avro dəyərində (azalma 18%) 20,3 milyon tona yaxın neft (2022-ci illə müqayisədə artım 2,6%) idxal edib.*
R.Kərimov