Azərbaycan Ordusunun hərbi qulluqçuları martın 23-də Pakistan İslam Respublikasında keçiriləcək hərbi paradda iştirak edəcəklər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti martın 23-də Pakistan İslam Respublikasında keçiriləcək hərbi paradda iştirak etmək məqsədilə bu ölkədə səfərdədir”, - deyə məlumatda bildirilir.*
Xəbərlər şöbəsi