Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ və Türkiyə arasında Rusiyaya qarşı sanksiyalara riayət olunmasına dair sazişlə bağlı məlumatları şərh etməyib.
“Bizim şərh edəcəyimiz heç bir məsələ yoxdur. Bu, Türkiyə və Amerika arasında olan münasibətlərdir. Biz Türkiyə ilə münasibətlərimizi inkişaf etdiririk və bu sanksiyaları qanunsuz hesab edirik”, - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.*