Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiya və demarkasiya prosesində istifadə edilməli olan xəritələrlə bağlı Ermənistanla Azərbaycan arasında heç bir razılaşmanın olmadığını bildirib.
“Hazırda Ermənistanla Azərbaycan arasında xəritələrlə bağlı heç bir razılaşma yoxdur. Ermənistan və Azərbaycanın 1991-ci il tarixli Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıması barədə razılaşma və delimitasiya prosesinin aparılmalı olması anlayışı var. Bunun üçün Alma-Ata Bəyannaməsi siyasi əsas olmalıdır”, - deyə Paşinyan bu gün parlamentdə “hökumət saatı”nda bildirib.
Onun sözlərinə görə, bu o deməkdir ki, Ermənistan və Azərbaycan yeni sərhədlər yaratmır, əksinə, ən son mövcud olan de-yure sərhədləri bərpa etməlidir.
Baş nazir qeyd edib ki, Ermənistan dörd kəndi Azərbaycana qaytarmaqla dövlət sərhədinə malik olur.*