ABŞ hakimiyyəti Tehranın raket, nüvə və müdafiə proqramlarına dəstək verdiyi üçün İran və bir sıra digər ölkələrdə yerləşən şirkətləri sanksiya siyahısına daxil edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi bu gün məlumat yayıb.
Məhdudlaşdırıcı tədbirlər İran, Türkiyə, Oman və Almaniya şirkətlərinə, eləcə də bir sıra fiziki şəxslərə tətbiq edilib. Xüsusilə Türkiyənin “Gokler Dis Ticaret Limited Sirketi” və Almaniyanın “Mazixon GmbH and Co KG” şirkətləri sanksiyalara məruz qalıb.*