Çin 2024-cü ilin fevral ayında Rusiyadan $5,13 milyard dəyərində 9,1 milyon ton neft idxal edib. Bu barədə Çin Baş Gömrük İdarəsinin məlumatında deyilir.
Fevralda Çinin idxalının ümumi həcmində Rusiya xammalının payı 20,6% (44,14 milyon ton) təşkil edib.
Bir ay əvvəl Çin Rusiyadan 8,62 milyon ton neft idxal edib. Beləliklə, yanvar ayı ilə müqayisədə idxal 5,6% artıb. 2023-cü ilin fevral ayına nisbətən xammal idxalında 18% artım olub.
2024-cü ilin iki ayı ərzində Çin $51,29 milyard dəyərində 88,3 milyon ton neft (+5,1%) idxal edib.
Çinə neft ixrac edən ölkələrin ilk üçlüyünə Rusiya ilə yanaşı, Səudiyyə Ərəbistanı (yanvarda 6,5 milyon ton, fevralda 6,99 milyon ton) və İraq (yanvarda 5,16 milyon ton, fevralda 4,98 milyon ton) da daxildir.*