Hazırkı Fələstin-İsrail münaqişəsi başa çatdıqdan sonra Qəzza zolağının idarə edilməsi məsələsinin həllinə hazır olmalıyıq. Bu barədə ABŞ dövlət katibi Antioni Blinken Yaxın Şərqə səfəri çərçivəsində Ciddədə “Əl-Hədat” telekanalına müsahibəsində bəyan edib.
"Biz münaqişənin İsrailin özünümüdafiə qabiliyyətinin qorunmasını nəzərə alaraq, ən qısa müddətdə başa çatmasını istəyirik. (...) Biz sonda Qəzza və Qərb sahilinin dirçəlmiş Fələstin administrasiyası ilə vahid idarəetməsini görmək istərdik", - Blinken bildirib.
Bununla yanaşı, Blinken əlavə edib: «İstəmirik və açıq şəkildə bəyan etmişik ki, İsrail tərəfindən təkrar işğal ola bilməz, biz həmçinin HƏMAS-ın Qəzzaya rəhbərlik etməsinə imkan verə bilmərik». **