ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson İsrailin baş naziri Benyamin Netanyahunun Konqres qarşısında çıxış etməsi üçün dəvət imlanını nəzərdən keçirir. Bu barədə «CNN» telekanalı xəbər verir.
"(...) Bunu təşkil etməyə çalışa bilərik", - telekanal Consonun sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, indi «İsrailə həmrəylik və dəstək nümayiş etdirmək» vacibdir.
«Bu səhər baş nazir Netanyahu ilə söhbət etdim və Nümayəndələr Palatasında respublikaçıların Israili tam dəstəklədiyini təsdiqlədim», - o əlavə edib.
CNN qeyd edir ki, Konqresin birgə iclasında çıxış etmək dəvəti daha öncə Netanyahunu kəskin tənqid və Israili yeni seçkilər keçirməyə çağırış edən Senatdakı əksəriyyətin lideri Çak Şumerin dəstəyini tələb edir.
Öz növbəsində, Consonun ofisi “Jerusalem Post” nəşrinə məlumat verib ki, Netanyahu ilə görüşün nə vaxt baş tutacağı barədə danışmaq hələ tezdir. **