“Rosselxoznadzor” və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan dilində etiketlənməsi olmayan məhsulların Azərbaycana gətirilməsinin 1 iyul 2024-cü il tarixinədək uzadılması barədə razılığa gəliblər. Bu barədə «İnterfaks-Azərbaycan» “Rosselxoznadzor”a istinadən xəbər verir.
"Rosselxoznadzor” Azərbaycan dilində tərcüməsi olmayan etiket/izahat vərəqələri ola bilən məhsulların Azərbaycan ərazisinə keçid dövrünün 1 iyul 2024-cü ilə qədər uzadılması barədə məlumat verir”, - qurumun məlumatında deyilir.
Bununla yanaşı, mallar üzərində Azərbaycan dilində informasiyanın olduğu stikerlərin müşayiəti ilə gətirilməlidir.
"Rosselxoznadzor”da izah ediblər ki, qablaşdırma həcmi bir neçə dildə informasiyanın yerləşdirilməsini çətinləşdirən kiçik həcmli məhsulların stikerləşdirilməsi xarici dildə tərcüməsi olan stikerin yuxarı qablaşmaya yerləşdirilməsi ilə həyata keçirilə bilər. **
X.Nəsirzadə