Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel martın 21-də Brüsseldə keçirilən Aİ sammitində Avropa liderlərinin Bosniya və Herseqovinanın Avropa İttifaqına daxil olması haqqında danışıqlara başlamaq qərarını açıqlayıb.
“Avropa Şurası Bosniya və Herseqovinanın üzvlüklə bağlı danışıqlara başlamağı qərara alıb. Təbrik edirik! Sizin yeriniz Avropa ailəmizdədir”, - deyə o, “X” hesabında yazıb.
Mişel bu qərarı Bosniya və Herseqovinanın Aİ yolunda “əsas addım” adlandırıb.
“İndi gərgin işi davam etdirmək lazımdır ki, Bosniya və Herseqovina xalqınızın istədiyi kimi davamlı inkişaf etsin”, - deyə Aİ Şurasının prezidenti qeyd edib.*