Avropa İttifaqı dövlət və hökumət başçılarının sammitində Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya yardıma yönləndirilməsi məsələsi ilə bağlı konkret qərarlar qəbul edilməyib.
“Avropa Şurası Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya yönləndirilməsi istiqamətində gələcək konkret addımlar üzrə irəliləyişi nəzərdən keçirib”, - deyə sammitin birinci gününün yekunlarına dair sənəddə bildirilir.
Aİ liderləri xüsusilə bu gəlirlərin Kiyevə hərbi dəstək üçün istifadə edilməsi mümkünlüyünü müzakirə ediblər.
“Avropa Şurası Aİ diplomatiyası və Avropa Komissiyasının rəhbərinin son təklifləri üzərində işi davam etdirəcək”, - deyə sənəddə vurğulanır.*