Norveçin “Equinor” şirkəti Azərbaycandakı aktivlərinin SOCAR-a satışı üzrə sövdələşməni 2024-cü ilin ortalarında başa çatdırmağı planlaşdırır.
“Sövdələşmənin 2024-cü ilin ortalarında başa çatdırılması planlaşdırılır”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi “Equinor”un 2023-cü il üzrə illik hesabatına istinadla bildirir.
Şirkət fevralda dərc olunmuş 2023-cü ilin dördüncü rübünə dair hesabatında bu sövdələşmənin 2024-cü ildə başa çatdırılacağını gözlədiyini qeyd etmişdi.
IV rübdə “Equinor” Azərbaycandakı layihələrdən planlaşdırılan çıxışı ilə əlaqədar $310 milyon məbləğində zərər etdiyini bildirib.
Xatırladaq ki, 2023-cü il dekabrın 22-də “Equinor” SOCAR-la Azərbaycandakı aktivlərinin satışı haqqında müqavilə bağlayıb. Müqaviləyə görə, “Equinor” SOCAR-a “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 7,27%, Bakı-Tbilisi-Ceyhan neft kəmərində 8,71%, “Qarabağ” yatağının işlənməsi layihəsində isə 50% satıb. Sövdələşmədən əvvəl SOCAR-ın AÇG-də iştirak payı 25%, BTC-də 25%, “Qarabağ” yatağında isə 50% təşkil edib.*
R.Kərimov