Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının Gürcüstanın təşkilata üzvlüyü ilə bağlı danışıqların başlaması haqqında qərar qəbul etməməsindən təəssüfləndiyini bildirib, halbuki ötən gün Bosniya və Herseqovina, daha əvvəl isə Ukrayna və Moldova ilə bağlı müvafiq qərar qəbul edilmişdi.
“Biz Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlaması haqqında qərarın qəbul edildiyi Ukrayna, Moldova, Bosniya və Herseqovinadan bütün parametrlərə görə öndəyik. Gürcüstanla bağlı müvafiq qərarın qəbul edilməməsinə görə yalnız təəssüfümüzü ifadə edə bilərik”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Avropa İttifaqına üzv ölkələr martın 21-də Bosniya və Herseqovinanın ittifaqa üzvlüyü ilə bağlı danışıqların başlaması barədə qərar qəbul edib. Ötən ilin dekabrında isə Ukrayna və Moldova ilə bağlı analoji qərar qəbul edilib. Gürcüstana yalnız Aİ-yə namizəd ölkə statusu verilib.*