Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin yanvar ayında Azərbaycandan 19,7 min tona yaxın neft məhsulları idxal edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 83 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
İdxalın dəyəri 42 dəfə artaraq təxminən 11,3 milyon avro təşkil edib.
Yanvar ayında idxalın əsas hissəsi Yunanıstanın payına düşüb. Bu ölkəyə təxminən 10,5 milyon avro dəyərində 18,7 min tona yaxın neft məhsulları idxal edilib.
Avrostatın məlumatına görə, 2023-cü ildə Aİ ölkələri Azərbaycandan neft məhsullarının idxalını 2022-ci illə müqayisədə 17,4 dəfə - 306,9 min tona qədər artırıb. İdxalın dəyəri 12,3 dəfə artaraq təxminən 186,5 milyon avro təşkil edib.*
R.Kərimov