Bu gün axşam saatlarında 5 nəfərə yaxın silahlı şəxs Moskvada “Crocus City Hall” ticarət mərkəzinə hücum edib.
İlkin məlumatlara görə, kamuflyaj geyinmiş iki nəfərdən beş nəfərədək naməlum şəxs konsert zalının girişində mühafizəçilərə, daha sonra isə foyedəki tamaşaçılara avtomat silahlardan atəş açıb.
Bundan sonra partlayış səsləri eşidilib və yanğın başlayıb. Konsert salonunun tavanı qismən çöküb.
Hadisə nəticəsində ölən və yaralananlar var.
Yanğın binanın böyük hissəsini əhatə edib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov hadisə yerinə gedib. “Operativ qərargah yaradılıb. Hadisənin təfərrüatları barədə məlumat veriləcək”, - deyə o, “Telegram” kanalında yazıb.*