Martın 22-də Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. Bu barədə Milli Məclisdən bildirilib.
Görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi barədə məsələlər nəzərdən keçirilib.
Konstruktiv mühitdə baş tutan görüşdə tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.
Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə ittifaqın 148-ci Assambleyası çərçivəsində keçirilib.*
Xəbərlər şöbəsi