Azərbaycanın Xarici İşlər Nazirliyi Moskvada “Crocus City Hall”da baş verən hücumu pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.
“Moskvada “Crocus City Hall”a edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiya Federasiyasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralıların tezliklə sağalmasını arzu edirik. Terrorçuluqdan əziyyət çəkən ölkə kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir”, - deyə XİN-dən bildirilib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib ki, ilkin məlumata görə, “Crocus City Hall” kompleksində Rusiya musiqi qrupunun konsertindən əvvəl atışma başlayıb və daha sonra yanğın baş verib. Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da atışma ilə əlaqədar terror aktı maddəsi ilə cinayət işi açıb.
İlkin məlumata görə, terror aktı nəticəsində 40 nəfər ölüb, 100 nəfərdən çox insan yaralanıb.*
Xəbərlər şöbəsi