Azərbaycanın baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinə “Crocus City Hall”da törədilən terror aktı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
“Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində çoxlu sayda ölən və yaralananların olması xəbərindən çox kədərləndim. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, – deyə məktubda qeyd olunub.*
X.Nəsirzadə