Moskva vilayətində “Crocus City Hall”da baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
“Hazırda 93 nəfərin öldüyü müəyyən edilib. Terror aktı qurbanlarının sayı daha da artacaq”, - deyə məlumatda bildirilir.
İlkin məlumata görə, insanların ölümünə səbəb aldıqları güllə yaraları və yanma məhsullarından zəhərlənmə olub.*