İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasının təmin edilməsi ilə bağlı öhdəlik götürməlidir. Bunu BMT baş katibi Antonio Quterreş şənbə günü Rəfah keçidində jurnalistlərə bildirib.
“İsrailin bütün Qəzza zolağına humanitar yardımın çatdırılmasına çıxışı təmin etməsinin vaxtı gəlib çatıb”, - deyə o qeyd edib.
Baş katib bildirib ki, HƏMAS-ın ötən il oktyabrın 7-də törətdiyi dəhşətli hücuma və bütün Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına heç nə haqq qazandıra bilməz.
Quterreş dərhal atəşkəsə çağırıb.*