İsrail Hərbi Hava Qüvvələri Livanın Baalbek şəhərinə zərbələr endirib. Bu barədə “The Times of Israel” qəzeti Livan KİV-lərinə istinadən məlumat yayıb.
Məlumata görə, şəhərə hücum Livanın “Hizbullah” qruplaşmasının raketlər, Reaktiv Yaylım Atəş Sistemi və pilotsuz uçuş aparatlarından istifadə edərək İsrailin şimal bölgələrinə bir neçə zərbə endirməsindən sonra həyata keçirilib.
Baalbek İsrail sərhədindən təxminən 100 km aralıda yerləşir və “keçmişdə “Hizbullah”ın qalası sayılan ərazidir”.*