Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktında 152 nəfər xəsarət alıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
“133 nəfər (3-ü uşaq) həlak olub. 114 nəfər tibb müəssisələrinə aparılaraq xəstəxanalara yerləşdirilib, onlardan 4-ü uşaqdır”, - deyə məlumatda bildirilib.
Hazırda dağıntıların təmizlənməsi işləri aparılır.*