Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin yanvar ayında Azərbaycana 2 min tona yaxın neft məhsulları ixrac edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Statistik məlumatlara görə, ixracın dəyəri 2 dəfə artaraq təxminən 4,5 milyon avro təşkil edib.
2024-cü ilin yanvar ayında Aİ ölkələri arasında Azərbaycana neft məhsullarının əsas tədarükçülərinin üçlüyünə Yunanıstan (0,5 milyon avro dəyərində (artım 23 dəfə) 754 ton (artım 31 dəfə), Almaniya (1,9 milyon avro dəyərində (artım 75,3%) 457 ton (artım 51,1%) və Niderland (0,5 milyon avro dəyərində (artım 7,1 dəfə) 155 ton (artım 8,1 dəfə) daxil olub.
Avrostatın məlumatına görə, Aİ ölkələri 2023-cü ildə Azərbaycana 24,4 min tona yaxın neft məhsulları ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 73,7% çoxdur. İxracın dəyəri 62,7% artaraq təxminən 58,2 milyon avro təşkil edib.*
R.Kərimov