“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı bazar günü saat 20:30-a olan məlumata görə, 182 nəfərə çatıb. Bu barədə Moskva vilayəti Səhiyyə Nazirliyinin yenilənmiş siyahısına istinadən xəbər verilir.
Nazirliyin saytındakı məlumata əsasən, xəstəxanada qalanların sayı 101 nəfər, ambulator müalicədə 61 nəfər, evə buraxılan 20 nəfərdiur.
Martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall”da konsert başlamazdan əvvəl naməlum şəxslər binaya girərək atəş açıblar, həmçinin binada yanğın törədiblər. Son məlumata görə, terror aktı nəticəsində 137 nəfər həlak olub. **