Martın 18-dən 24-dək “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 3,9 milyon ədəd yumurtanın növbəti partiyası gətirilib.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) xəbər verir ki,martın 25-dək Azərbaycandan RF-yə ümumilikdə 29,3 milyon ədəd yumurta tədarük edilib.
İlin əvvəlindən Belarusdan 181,9 milyon ədəd yumurta idxal olunub, bu da ötən ilin analoji dövründən 3,3 dəfə (53,5 milyon ədəd) çoxdur.
Martın 25-dək Türkiyədən 12,3 milyon ədəd yumurta gətirilib.
Bütövlükdə, martın 25-dək Azərbaycan, Belarus və Türkiyədən RF-yə 223,5 milyon ədəd yumurta tədarük edilib. **